"Qarabağ" Tel-Əvivdə yerli "Makkabi"nin qonağı olub.
Görüşün ilk dəqiqlərindən futbolçularımız topa nəzarət etsələr də, hesabı meydan sahibləri açıblar. 10-cu dəqiqədə Yonatan Koen qapını dəqiq nişan alıb. Buraxılan topdan sonra "Qarabag" futbolçuuları hesabı bərabərləşdirmək üçün irəli atılıblar. Fasiləyə kimi bir neçə təhlükəli həmlə təşkil olunsa da, bu qol vurmaq üçün yetərli olmayıb.
2-ci hissədə də qarşılaşmanın ssenarisi dəyişməyib. Meydan sahibləri inamla müdafiə olunublar. Baş məşqçi Qurban Qurbanovun əvəzetmələri görüşü biraz da sürətləndirsə də, bu hesabda öz əksini tapmayıb.
Beləliklıə görüşün taleyi yeganə qolla həll olunub. Oyun “Makkabi”nin minimal hesablı qələbəsi ilıə başa çatıb. Qrupun pararlel keçirilən digər görüşündə “Vilyarreal” İspaniyada “Sivasspor”a 5:3 hesabı ilə qalib gəlib. Qeyd edək ki, oktyabrın 29-da 2-ci turda “Qarabağ” “Vilyarreal”ı qəbul edəcək. Oyun Türkiyənin İstanbul şəhərində keçiriləcək."